Dəhşət: Ər 3 uşaq anası olan arvadını öldürdü!

Dəhşət: Ər 3 uşaq anası olan arvadını öldürdü!

Qəbələ rayonunda qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Kürd kəndində qeydə alınıb.

Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil. Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə