Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib

Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib

Dünən axşam Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 20.30 radələrində Hacıqabul-Bəhrəmtəpə yolunun 14-cü kilometrliyində, rayonun Qaragüney kəndi ərazisində baş verib. "Qazel" markalı avtomobil yolu keçən piyadanı vuraraq ağır yaralayıb. Yaralı kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatları piyadanın şəxsiyyəti aydınlaşdırılır. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə