Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş vermiş yanğın barədə məlumat yayıb. SİA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, oktyabrın 29-da saat 02 radələrində Sumqayıt şəhərindəki binalardan birinin birinci mərtəbəsində yerləşən, şəhər sakini Tehran Əsgərova məxsus kafedə yanğın baş verib.
Nəticədə kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, həmin binanın 2-ci mərtəbəsində yaşayanlar Töhrə Məmmədova, nəvələri Məryəm və Mədinə tüstüdən zəhərlənmə ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB