Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, şəhər sakinləri Elvin Cəfərov idarə etdiyi "Opel" markalı avtomobili Vüsal Mədətovun idarə etdiyi Volkswagen markalı avtomobilə vurub. "Volkswagen"in sürücüsü idarəetməni itirdiyindən yolu keçən Ağdaş rayon sakini Gülay Abdullayevaya dəyib.
Nəticədə piyada, E. Cəfərov və 1 sərnişini, habelə V. Mədətovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB