Gömrükçülər 7 mobil telefon aşkar etdi FOTOLAR

Gömrükçülər 7 mobil telefon aşkar etdi FOTOLAR

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz E 200 D" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA-nın məlumatına görə, yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd "Samsung J1" markalı mobil telefon, 9 ədəd mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə