Bakıda yanğın

Bakıda yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 47 m2 olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd su qızdırıcısı və qaz peçi yanıb.

Yüksək temperaturdan mətbəxin tavanı 10 m2 sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə