Bərdədə zəncirvari yol qəzası: xəsarət alanlar var

Bərdədə zəncirvari yol qəzası: xəsarət alanlar var

Bərdə rayonunda üç avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var. APA-nın xəbərinə görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Qəza nəticəsində 3 nəfər - 1994-cü il təvəllüdlü Rəhimov Nicat, 1985-ci il təvəllüdlü Rəhimov Vaqif və 1983-cü il təvəllüdlü Muşviq Əliyev müxtəlif bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisənin təfərrüatı müəyyənləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə