Ana və övladı dəm qazından zəhərləndi

Ana və övladı dəm qazından zəhərləndi

Şəmkirdə ana və azyaşlı övladı dəm qazından zəhərlənib. APA-nın qərb bürosunun məlumatına görə, hadisə Daşbulaq qəsəbəsində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Ellada Quliyeva və onun 2 yaşlı övladı vanna otağında olarkən dəm qazından zəhərləniblər. Zərərçəkənlər Şəmkir Rayon Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə