Suraxanı rayonunun Bülbülə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
SİA DİN-in saytına istinadən xəbər verir ki, dünən saat 09 radələrində Bakı şəhər sakini Gülnarə Şirinova idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Dadaş Dadaşovu vurub. Piyada hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB