Sabirabad rayonunun Yastıqobu kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Füzuli rayonunun Ayıbasanlı kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Zaur Xaləddin oğlunun idarə etdiyi "Niva" markalı, 99 BU 480 dövlət nömrə nişanlı avtomobil Sabir kanalına düşüb.
Nəticədə avtomobilin sürücüsü və Sabirabad rayonunun Bulaqlı kənd sakini, 1993-cü il təvəllüdlü Tağıyev Samir Akif oğlu suda boğularaq ölüb. Avtomobildə olan digər iki nəfər xilas olub.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB