17-ci mərtəbədən yıxıldı, sağ qaldı

17-ci mərtəbədən yıxıldı, sağ qaldı

"Volkswagen Golf" markalı maşının üzərinə düşən Marina Lebedeva başından ağır zədə alsa da, sağ qalıb. Qızın çığırtısını eşidən qonşular dərhal onun ətrafına yığışıblar. Onlar təcili tibbi yardım çağırıblar. Qız xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, o, başından ciddi zədə alıb.

Polis məsələ ilə bağlı araşdırmalara başlayıb. Onlar bildiriblər ki, qız intihar qeydi yazmayıb. Ehtimal olunur ki, onun sevgilisi ilə bağlı problemləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə