İki rayonda yol qəzası 8 yaralı

Balakən şəhərində iki "VAZ" markalı avtomobil toqquşub. Məlumata görə, Balakən şəhərində rayon sakinləri Nurhuda Balayevin və Kamal Zohorovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və K.Zohorovun 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Pirallahı qəsəbəsində isə "VAZ-2107" və "Lada" markalı avtomobillər toqquşub. Bakı şəhər sakinləri Ziyad Məmmədovun idarə etdiyi "VAZ-2107" və Nurlan İbrahimovun idarə etdiyi "Lada" markalı avtomobillər toqquşub. Nəticədə Z.Məmmədov və 2 sərnişini, habelə N.İbrahimov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə