Sabirabadda 2 otaqlı ev yanıb

Sabirabadda dünən axşam yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytındakı xəbərə görə, Sabirabad rayonu, Güdəcühür kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə