Ötən gün axşam saatlarında Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 45 m² olan bir-birinə bitişik 3 ədəd qarajın yanar konstruksiyaları və içərisində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Digər bir bitişik qaraj yanğından mühafizə olunub. Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB