3 otaqlı evdə yanğın olub

Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan birmərtəbəli 3 otaqlı evə bitişik hamamın damında tikilmiş sahəsi 15 m2 olan taxtadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanıb.

Hamam və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə