Gəncədə yaşayış evində partlayış oldu, 1 nəfər xəsarət aldı

Gəncədə yaşayış evində partlayış oldu, 1 nəfər xəsarət aldı

Gəncədə yaşayış evinin vanna otağında qaz sobası partlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Mahrasa Bağı adlanan yaşayış massivində yerləşən binada qeydə alınıb. Orada yaşayan Elçin Nağıyev yaşadığı evin vanna otağında çimərkən qaz sobası partlayıb və o yuxarı ətrafın 1-2 dərəcəli termiki yanıq xəsarətləri alıb. E. Nağıyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə