Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 87 cinayət faktından 28-nin üstü "isti izlər"lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, səkkiz nəfər isə xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 11 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 55 nəfər tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB