77 yaşlı qadının acı taleyi

Bakıda mənzildə 77 yaşlı qadının meyiti tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Qasımova Firəngiz Hənifə qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:34-də başa çatıb.​

Bütün xəbərlər Facebook səhifəmizdə