Abşeronda oğurlandı, Xəzərdə tapıldı

Abşeronda oğurlandı, Xəzərdə tapıldı

Abşeron rayonu ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər tutulub. Oktyabrın 17-də Abşeron rayonu ərazisindən Nicat İbrahimova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb, oktyabrın 22-də isə Xəzər rayonun ərazisində tapılıb.

Xəzər Rayon Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbə sakinləri Həsən Hüseynov, Zeynal Hüseynov, Ceyhun Əlihümbətov və Şahbuz rayon sakini Toğrul Nəsirli tutulub. Onların daha 6 nəfərə məxsus avtomobillərdən pul və akkumulyator oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə