Paytaxtda yanğın hadisəsi qeydə alınıb

Paytaxtda yanğın hadisəsi qeydə alınıb

Bakı şəhəri, Yasamal rayonunda yaşayış evlərindən birində yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan bir otaqlı mənzilin mətbəxində mətbəx mebeli 7 p.m yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 14:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə