Gədəbəy rayonunda itki ilə nəticələnən qəza baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, rayonun Slavyanka kəndində İlham Quliyevin idarə etdiyi "Mitsubisi" markalı avtomobillə "VAZ 21214" markalı avtomobil toqquşub. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə nəticəsində "VAZ 21214" markalı avtomobildə olan sərnişin Əli Əzizov dünyasını dəyişib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB