"Şeytan ağlımızı başımızdan aldı və..."
Mal-qara oğrusunun bəhanəsi

Zərdabda mal-qara oğurluğu ilə məşğul olan şəxslər tutulub. Rayonun Məlikumudlu kənd sakini Vəzir Novruzovun rayon polis şöbəsinə 6 baş inəyinin otlaq sahəsindən oğurlanması ilə bağlı müraciət edib.

Aparılan əmliyyat zamanı iki nəfər saxlanılıb. Saxlanılan Ağdaş rayon sakinləri Bərşad Məcidov və Sənan Şükürov oğurladıqları mal-qaraları Ağdaş rayonu ərazisində yerləşən mal bazarında satdıqlarını bildiriblər.

Hazırda Rayon polis şöbəsində Bərşad Məcidov və Sənan Şükürovun bundan başqa hər hansı bir cinayət törədib-törətməmələri ilə əlaqədar araşdırma davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə