Qazanxana partladı

Xaçmaz rayonunun Xudat şəhərindəki "Azərşərab-İ" MMC-nin qazanxanasında partlayış baş verib. Partlayışa səbəb təzyiqin yüksək olması göstərilir. Nəticədə qazanın buxar çıxan hissəsi qoparaq, təxminən 50 metr kənarda yerləşən şəhər sakini Adil Cəbrayılova məxsus fındıq emalı sexinin damına düşüb, onu yarasız hala salıb.

Qeyd edək ki, hadisə nəticəsinhdə xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə