Şəkidə yanğın

Şəkidə yanğın baş verib. SIA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəki-Oğuz yolunun 18-ci kilometrliyində vətəndaşa məxsus BMW markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə