Qubada ağır yol qəzası olub ölən və yaralananlar var

Qubada ağır yol qəzası olub ölən və yaralananlar var

Dünən Quba rayonunda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə Quba rayonunun Vladimirovka kəndində qeydə alınıb.

Rayon sakini Habil Muradovun idarə etdiyi "VAZ-2106" və Qusar rayon sakini Bəxtiyar Sadirovun idarə etdiyi "AzSamand" markalı avtomobillər toqquşub.

Nəticədə B.Sadirovun sərnişinlərindən Rusiya Federasiyası vətəndaşı Lida Madirsultanova hadisə yerində ölüb, digər 2 sərnişini, habelə H.Muradovun 1 sərnişini, eləcə də hər 2 sürücü xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə