Avtomobil piyadanı vurub

Bakıda yolu keçən piyada avtomobillə vurulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə oktyabrın 21-də, saat 01:00 radələrində, Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Xankişi Xankişiyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən həmyerlisi Rəşad Zöhrabovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə