Goranboyda ev yanıb

Goranboy rayonunun Qaraçinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən meyit aşkarlanıb. Onun 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlu olduğu müəyyən edilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə