Paytaxtda yanğın hadisəsi qeydə alınıb

Paytaxtda yanğın hadisəsi qeydə alınıb

Bakıda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda üçmərtəbəli binanın 1-ci mərtəbəsində icarəyə verilmiş ümumi sahəsi 140 m2 olan avtoyuma məntəqəsində fəhlələrin geyinib-soyunma otağında 10 m2 sahədə əşyalar yanıb.

Avtoyuma yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə