İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərində 284 nəfəri edam edib. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, oldürülənlərin əksəriyyəti kişilər və uşaqlar olub. Məlumata görə, edam olunanlar meyitləri kütləvi məzarlığa atılıb.
Daha əvvəl BMT bəyan etmişdi ki, İŞİD yaraqlıları sipər kimi istifadə etmək məqsədilə bir neçə min ailəni oğurlaya bilər. Artıq 550 ailənin oğurlandığı barədə xəbərlər var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB