Daha bir yanğın hadisəsi Cəlilabadda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərə görə, Cəlilabad rayonu, Muğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin bir otağının aynabəndinin və dəhlizinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB