Siyəzən rayonunda qadını maşın vurub

Siyəzən rayonunda qadını maşın vurub

Dünən axşam saatlarında Siyəzən rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü rayon sakini Cəfərova Bibixanım Elman qızını maşın vurub. Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən B.Cəfərovanın vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə