Kürdəmirdə ev yanıb

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb. FHN-nin rəsmi saytının verdiyi xəbərə görə yanğın rayonun Sor-Sor kəndində vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə