Azyaşlını soydular

Gəncə şəhərində az yaşlı qızın sırğası qulağından oğurlanıb. Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, 2013-cü il təvəllüdlü Günay Tahirlinin qızıl sırğasını İlkin Orucov və Seymur Quluzadə götürüb. Hər iki şəxs artıq saxlanıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə