Bakıda kommunal tipli yasayış binasında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda birmərtəbəli kommunal tipli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 58 metrkvadrat olan 3 otaqlı yaşayış evində qaz sobasının ətrafı 3 metrkvadrat sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 56 metrkvadrat olan 3 otaqlı yaşayış evinin mətbəxinin tavanı 1 metrkvadrat sahədə yanıb.
Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB