Son günlər yağan intensiv yağışlar nəticəsində Bakının bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə və Dövlət Sularda Xilasetmə xidmətlərinin canlı qüvvə və texnikası dərhal paytaxtın rayonlarına cəlb edilib. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB