7 kiloqram tiryək aşkar edilərək götürülüb

7 kiloqram tiryək aşkar edilərək götürülüb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi Biləsuvar rayonunda əməliyyat keçirib.

SİA Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, qurum əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Anar Məmmədovdan 7 kiloqram tiryək aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə