Qubada "Ford" 60 yaşlı sakini vurdu

Qubada "Ford" 60 yaşlı sakini vurdu

Dünən axşam saatlarında Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, "Ford Tranzit" markalı maşın yolu keçmək istəyən Quba şəhər sakini 1957-ci il təvəllüdlü Yusifov Adil Nüsrəddin oğlunu vurub. O, dərhal Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Yusifovun vəziyyəti ağırdır və xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir. Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə