Bacısını öldürən şəxsə 9 il iş verildi

Bacısını öldürən şəxsə 9 il iş verildi

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Elşad Davudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Bakıda məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davudovanı bıçaqla qətlə yetirib. Hadisəni törədən E.Davudov saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə