Gəncə şəhərinin Bəxtiyar Əliyev küçəsində sərnişin avtobusu qəzaya uğrayıb. Şəhərin 4 nömrəli xətt üzrə hərəkət edən "İsuzu" markalı avtobusla "VAZ 21 07" markalı avtomobil toqquşub. Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, qəza zamanı avtobusda olan 1989-cu il təvəllüdlü Aynurə ibramimova, 1987-ci il təvəllüdlü Xəyalə Musayeva və "VAZ 21 07"nin sürücüsü Sənan Avazov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB