Mobil telefonlar və siqaret aşkar edildi FOTOLAR

Mobil telefonlar və siqaret aşkar edildi FOTOLAR

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

SİA-nın məlumatına görə, yoxlama zamanı Rusiya Federasiyası istiqamətindən İdarənin "Xanoba" gömrük postunun ərazisinə daxil olan avtomobildən gömrük nəzarətindən gizlədilmiş 9 ədəd "Samsung GalaxY Prim" markalı mobil telefon, 20 ədəd boş mobil telefon qutusu və 6800 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə