İraqda partlayış 31 ölü

İraqın paytaxtı Bağdadda dini mərasim zamanı partlayış törədilib. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb, 65 nəfər isə yaralanıb. Partlayış paytaxtın Şaab rayonunda baş verib. Hələlik heç bir terror qruplaşması hadisənin məsuliyyətini öz üzərinə götürməyib. Lakin paptlayışın İŞİD terror qruplaşması tərəfindən törədilməsi istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə