Lökbatanda 20 yaşlı qız üçüncü mərtəbədən yıxılıb

Lökbatanda 20 yaşlı qız üçüncü mərtəbədən yıxılıb

Bakıda 20 yaşlı qız üçüncü mərtəbədən yıxılıb. "Report" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsi ev 29 mənzil 48 ünvanında qeydə alınıb.

Orada yaşayan 1996-cı il təvəllüdlü Aygün Hüseynova yaşadığı binanın üçüncü mərtəbəsinin eyvanından yıxılaraq xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə