Xaçmazda 4 otaqlı ev yanıb

Xaçmazda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərə görə, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində bir otaq, aynabəndin yanar konstruksiyaları, ev əşyaları 45 m2 və ikinci mərtəbədə otağın döşəməsi 25 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə