24 800 ədəd siqaret aşkar edildi FOTOLAR

24 800 ədəd siqaret aşkar edildi FOTOLAR

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. SİA-nın məlumatına görə, yoxlama zamanı avtomobilin arxa yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 24 800 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə