Terrorçular avtomobilə Türkiyə bayrağı sancıb

Terrorçular avtomobilə Türkiyə bayrağı sancıb

Ankarada Haymana yolu ətrafında polisin "təslim ol" çağırışına cavab olaraq iki terrorçu özünü partladıb. SİA "cnnturk"ə istinadən xəbər verir ki, hər iki terrorçu hadisə yerində həlak olub.

Terrorçuların diqqəti yayındırmaq üçün avtomobilə Türkiyə bayrağı asdıqları məlum olub. Ankara valisi Ercan Topacanın sözlərinə görə, həmin terrorçular polis tərəfindən axtarışda olub. Vali onlardan birinin Harun Aslan olduğunu, digərinin isə şəxsiyyətinin müəyyənləşmədiyini deyib. Avtomobildə 200 kq-a yaxın amonyum nitrat və plastik partlayıcılar olduğu təxmin edilir. Həmin şəxslərin PKK-a ilə bağlılığı da ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə