Bakıda və Füzulidə yanğın

Bu gün Bakıda və Füzulidə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Digır yanğın hadisəsi isə Füzuli rayonunda qeydə alınıb. Belə ki rayonun Aşağı Kürdmahmudlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 21 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə