Gündüz saatlarında Bakı şəhərində yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SIA-ya verilən məlumata görə, paytaxtın Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan bir otaqlı mənzildə 2 m2 sahədə döşəmə və 1 ədəd xalça qismən yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 12:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB