Səhər saatlarında Bakıda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, paytaxtın Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki əşyalar 10 m2 sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB