Telefon partladı Uçuş təxirə salındı

Telefon partladı Uçuş təxirə salındı

Amerika Birləşmiş Ştatlarından qalxmaqda olan təyyarənin sərnişinlərindən birinin telefonu partlayıb. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, Brian Qrin adlı sərnişin enerjisi azalmaqda olan "Samsung Galaxy Note 7" model mobil telefonunu cibinə qoyandan dərhal sonra partlayış baş verib. Sərnişin həyəcanlanaraq telefonu cibindən çıxarıb və təyyarənin dəhlizinə atıb. Bu zaman tünd yaşıl rəngdə tüstü ətrafa yayılıb. Uçuş təxirə salınıb və dərhal sərnişinlər təxliyyə olunub.

Qeyd edək ki, sözügedən telefon modelinin batareyalarının isinib alışması və partladığı aşkarlandığı üçün sentyabr ayında "Samsung" həmin modelləri yeniləri ilə dəyişdirmək üçün geri çağırmışdı. Adıçəkilən sərnişin isə mobil telefonunun yenilənmiş cihaz olduğunu bildirib.

Şirkətdən hadisə ilə bağlı araşdırmaya başlanıldığını və nəticələri ictimiayyətlə paylaşacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə