Türkiyədə daha bir partlayış baş verib. SİA-nın qardaş ölkənin mətbuatına istinadən verdiyi məlumata görə, qeyri-sənayə üsulla hazırlanmış bomba Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşlarının kompakt yaşadığı binanın qarşısına atılıb. Partlayış nəticəsində ölən və yaralanan olmasa da, İzmir hüquq-mühafizə orqanları bölgədə araşdırmaya başlayıb. Məlum olub ki, bomba plastik qabın içərisində kimyəvi maddələrdən hazırlanıb.
Hadisə ilə əlaqədar polis əməkdaşları kiçik yük avtomobilində olan iki şübhəli şəxsi saxlayıblar. Avtmobildə aparılan axtarışda bombanın düzəldiyi əşyalar tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB